ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqtonun İrana qarşı hücumları davam etdirmək üçün geniş imkanları var və hərbi əməliyyatın müddəti gözləniləndən daha uzun ola bilər.
O, Fox News-a müsahibəsində vurğulayıb ki, ABŞ İranın nüvə proqramına və Amerika hərbçilərinə təhlükə yaradan raket sistemlərinə zərbə endirmək imkanlarını saxlayır.
“İranın nüvə proqramına və qüvvələrimizə təhdid yaradan raketlərinə zərər vurmaq üçün daha çox imkanımız var”, – deyə Vens bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun “çoxlu fəaliyyət variantları” mövcuddur və əməliyyat ya qısa müddət davam edə, ya da xeyli uzadıla bilər.
Vitse-prezident ABŞ prezidenti Donald Trampın mövqeyini də xatırladaraq qeyd edib ki, İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək.

