ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə əlaqəli olduğu iddia edilən “Kazma dağı”nın (Pickaxe Mountain) vurula biləcəyini bildirib.
Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib:
“Əgər Kazma dağında hər hansı fəaliyyət varsa, oranı çox yaxında vura bilərik”.
ABŞ Prezidenti həmçinin Vaşinqtonun İran ərazisində hərəkət edən şəxsləri yaxından izlədiyini iddia edib. Daha əvvəl verdiyi müsahibədə Tramp ABŞ-nin həmin ərazidə baş verən hərəkətliliyi izləmək imkanlarına malik olduğunu söyləmişdi.
“Kazma dağı” kimi tanınan ərazi İranın Natanz nüvə kompleksinin yaxınlığında yerləşir və burada yeraltı obyektin inşa edildiyi bildirilir.
Denmedia.az

