İran ABŞ və İsrailin mümkün yeni hərbi hücumlarına qarşı əvvəlki münaqişələrdən daha dağıdıcı cavab planı hazırladığını bəyan edib.
Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi X sosial şəbəkəsində paylaşım edib.
Rzayinin sözlərinə görə, ABŞ və İsrail rəsmilərinin təkrar təhdidləri mövcud vəziyyəti dəyişməyəcək.
“İran Silahlı Qüvvələri yeni hərbi macəraya qarşı əvvəlki 12 və 40 günlük müharibələrdən daha dağıdıcı plan hazırlayıb”, – deyə o bildirib.
“İranın yeni əməliyyat planı onların öyrəşdiyi qaydalar əsasında həyata keçirilməyəcək”, – deyə Rzayi xəbərdarlıq edib.
Rəsmi Tehran bununla ABŞ və İsrailin mümkün yeni hücumlarına qarşı daha sərt cavab veriləcəyini bəyan edib.

