İran İsrail və ABŞ hücumlarına cavab olaraq ən yeni ballistik raketlərdən istifadə edəcəyini bildirib.
Bu barədə Fars agentliyi məlumat yayıb.
Məlumata görə, İran tərəfi qarşı tərəfin hücumlarına ən müasir ballistik raketlərlə cavab zərbələri endirməyə hazırlaşır.
Bundan əvvəl İranda ABŞ və İsraillə “son əsgərə və son gülləyə qədər” döyüşməyə hazır olduqları bəyan edilmişdi. Ölkənin Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Səid Xətibzadə vurğulayıb ki, İranın başqa seçimi qalmayıb.

