İranın ali liderinin hərbi müşaviri Möhsün Rzayi bildirib ki, ABŞ Prezidenti Donald Tramp Tehranla danışıqlara hazır görünmür.
O, bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Rzayinin sözlərinə görə, Vaşinqtonun davam edən dəniz blokadası və danışıqlarda irəli sürdüyü həddindən artıq tələblər bunu göstərir.
“O, getdikcə daha çox sübut edir ki, danışıqlara köklənməyib və başqa məqsədlər güdür”, deyə Rzayi yazıb.

