ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi hücumların davam edə biləcəyinə işarə edib.
Ağ Evi tərk edərkən jurnalistlərin suallarını cavablandıran Tramp İranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini bildirib.
“Onlara ağır zərbə vurduq. Bəlkə də bunu bir qədər də irəli apara bilərik”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp müharibənin müəyyən bədəli olduğunu və hərbi əməliyyatlara başlamaq qərarını verərkən bunu əvvəlcədən bildiyini də qeyd edib.

