ABŞ-ın İrana qarşı iqtisadi təzyiqi gücləndirmək planları hərbi əməliyyatların yenidən başlaması ehtimalını aradan qaldırmır.
Bunu ABŞ Prezidenti Donald Tramp Merilend ştatındakı Endryus aviabazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
İrana qarşı döyüşlərin davam etdirilməsi ssenarisini istisna edib-etmədiyi barədə suala Tramp “Qətiyyən yox” cavabını verib.
Tehrana qarşı yeni iqtisadi tədbirlərin hazırlanmasının səbəbindən danışan ABŞ lideri deyib:
“Bunun nəyə gətirib çıxaracağını görmək istəyirik.”
Tramp yenidən bildirib ki, İran hazırda ciddi iqtisadi çətinliklərlə üzləşir.
“Onlar razılaşma əldə etmək istəyirlər, amma mənim fikrimcə, bizə lazım olan razılaşmanı yox”, – ABŞ Prezidenti əlavə edib.

