ABŞ Prezidenti Donald Tramp İrana zərbələrin bərpası ehtimalını istisna etməyib.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, belə ssenari mümkündür.
O həmçinin qeyd edib ki, Vaşinqtonun mümkün addımlarının detalları açıqlanmayacaq. Bununla yanaşı, Tramp zərbələrin hansı hallarda yenidən başlaya biləcəyi ilə bağlı suala cavab verməkdən yayınıb.

