İran ABŞ-nin dəniz blokadasını aradan qaldırması müqabilində Hörmüz boğazını açmağı təklif edib.
Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm bildirib ki, təklif Pakistan ordusunun komandanı Asim Munirin Tehrana səfərləri zamanı pakistanlı vasitəçilər vasitəsilə Vaşinqtona çatdırılıb.
Diplomatın sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp təklifi rədd edib və dəniz blokadasının davam etdirilməsində israrlıdır.
Bununla belə, “Al Arabiya” qeyd edib ki, Vaşinqton hələlik İranın təklifinə rəsmi cavab verməyib.
Tərəflər danışıqların gündəliyi məsələsində də razılığa gələ bilmirlər.
ABŞ İranın nüvə proqramının müzakirəsini tələb edir. Tehran isə əvvəlcə Hörmüz boğazında gəmiçiliyin bərpası və dəniz blokadasının aradan qaldırılması barədə razılıq əldə olunmasını istəyir.
İran Vaşinqtonla danışıqları bərpa etməyə hazır olduğunu da bildirib.

