ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində Birləşmiş Ştatlarla İran arasında sazişin bağlandığını açıqlayıb. O, həmçinin İrana qarşı tətbiq edilən dəniz blokadasının ləğvi və Hörmüz boğazında gəmiçilik hərəkətinin bərpası barədə göstəriş verdiyini bildirib.
“İran İslam Respublikası ilə saziş bağlanıb. Hər kəsi təbrik edirəm”, — Tramp yazıb.
Digər paylaşımında ABŞ lideri Hörmüz boğazının sərbəst keçid üçün tam açılmasına icazə verdiyini və eyni zamanda ABŞ tərəfindən tətbiq edilən dəniz blokadasının dərhal aradan qaldırılmasını sanksiyalaşdırdığını qeyd edib.
Sazişin detalları hələlik açıqlanmayıb. İran tərəfinin məsələyə reaksiyası da bu ana qədər məlum deyil.

