İran ABŞ-la danışıqlar zamanı Vaşinqtona lazım olan məsələlərin demək olar hamısına razılıq verib.
Bunu ABŞ Prezidenti Donald Tramp CNBC-yə müsahibəsində deyib.
O əlavə edib ki, Vaşinqton və Tehran arasında danışıqlar hələ də davam edir.
Qeyd edək ki, iyunun 18-də ABŞ və İran hərbi əməliyyatların dayandırılması və danışıqların yeni mərhələsinin başlanması məqsədilə 60 günlük müvəqqəti anlaşma memorandumu imzalayıb.
Sənəd hərbi əməliyyatların dayandırılmasını, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasını, İran limanlarına tətbiq edilən dəniz blokadasının aradan qaldırılmasını, həmçinin sanksiyaların yumşaldılması və nüvə proqramı üzrə danışıqların davam etdirilməsini nəzərdə tutur.

