İran Hörmüz boğazında gəmiçiliyin bərpası üçün ABŞ-yə Qətər vasitəsilə yeddi günlük plan təqdim edib.
Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Tehran zəruri şərtlərin yerinə yetiriləcəyi təqdirdə Hörmüz boğazında gəmiçiliyin yeddi gün ərzində bərpa olunmasını nəzərdə tutan təşəbbüs irəli sürüb.
“İran Qətər vasitəsilə ABŞ-yə yeddi günlük aydın plan təqdim edib. Zəruri şərtlər yerinə yetirilərsə, boğaz yenidən açılacaq və normal gəmiçilik yeddi gün ərzində bərpa olunacaq. Seçim ABŞ-nindir”, – deyə Araqçi bildirib.
Nazir qeyd edib ki, İranın irəli sürdüyü planda yer alan tələblər ABŞ ilə əldə olunmuş qarşılıqlı anlaşma memorandumunda təsbit edilən şərtlərlə eynidir.
Yeddi günlük müddətin hesablanması sənədin ABŞ tərəfindən qəbul edildiyi andan başlayacaq.
Araqçinin sözlərinə görə, Tehran yeddinci gün Vaşinqtonla danışıqlara başlamağa hazır olacaq.

