Sumqayıtda müşahidə edilən güclü yağışlar şəhərin bəzi ərazilərində ciddi problemlərə səbəb olub.
Den.az xəbər verir ki, hazırda 18-ci mk ərazisində Çerkassi küçəsində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasını sel suları basıb.
Sel suları piştaxtalar arası ilə sürətlə axır. Ərazidə yarım metrə qədər su yığılıb, bu da yarmarkaya giriş və çıxışı çətinləşdirir.
Səməd Vurğun küçəsi ilə Nizami küçəsinin kəsişməsində baş verən hadisələr əhalinin diqqətini cəlb edib.
Podraçı təşkilatlar tərəfindən kanalizasiya xəttinə görə aparılan qazıntı işləri nəticəsində bu ərazidə ciddi fəlakət yaşanıb. Sel suları qazıntı sahəsində yığılıb və bu istiqamətdə hərəkətdə olan avtomobilllərə böyük ziyan vurub. Bu səbəbdən avtomobillər həmin istiqamətdə batıb və bir çox insan çətin vəziyyətə düşüb.
Fəlakətin ilk saniyələrindən etibarən hadisə yerinə fövqəladə hallar xidməti əməkdaşları cəlb olununub və vəziyyətin nəzarət altına alınması üçün tədbirlər görülüb.
Sakinlər gələcəkdə bu cür halların baş verməməsi üçün kanalizasiya sisteminin modernləşdirilməsi və yağış sularının idarə olunması ilə bağlı əlavə tədbirlər görülməsini vacib sayır.
Hazırda hadisə ilə bağlı məsul orqanlar tərəfindən zəruri tədbirlər görülür.