31 
mar
2024
22:40
95

Nərimanov rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb-YENİLƏNİB

31 mar, 2024
22:40
95

Nərimanov rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb-YENİLƏNİB

Xəbər verildiyi kimi, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

FHN-dən Den.az-a verilən məlumata görə, binanın elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, Sabit Rəhman küçəsi ilə Xan Şuşinski küçəsinin kəsişməsində, yaşayış binasında baş verən yanğın səbəbindən, Həsən Əliyev küçəsinin kəsişməsindən Səməd Vurğun küçəsinə girişdə qoyulan məhdudiyyət aradan qaldırılıb.

*********************
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Den.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar