Corat bağlarında üç şəhid ailəsinin yaşadığı küçəni kanalizasiya suları basıb.
Bu barədə Den.az-a sakinlər bildiriblər.
Məlumat veriblər ki, həmin küçədə xidməti Abşron Su Bağlar İdarəsi aparır. Ancaq buna xidmət demək mümkünsə. Sözü gedən küçədə üç şəhid ailəsi yaşayır. Onların müraciətinə belə əhəmiyyət verən yoxdur.
Sakinlər bildiriblər ki, havanın necə olmasından aslı olmayaraq sözü gedən küçədə daimi olaraq bu hal yaşanır. Kanalizasiya suları daşır və evlərin həyətlərinə eləcədə küçələrə dolur. İddia olunur ki, aidiyyatı qurum əməkdaşları yalnız vətəndaş müraciətlərindən sonra gəlib sadəcə küçənin halına baxıb çıxıb gedirlər. Xidmət demək olar ki, yoxdur.
Mövcud vəziyyətlə bağlı Abşeron Su Bağlar İdarəsindən Den.az-a bildirilib ki, sözü gedən ərazidə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəmiz yoxdur. Yalnız bizə daxil olan müraciət əsasında həmin ünvanlarda xidmət aparılır. Sözü gedən küçədə isə dəfələrlə olmuşuq. Gələcəkdə layihə əsasında həmin ərazidə kanalizasiya şəbəkəsinin qurulması həyata keçirilə bilər:- deyə adı çəkilən qurumdan məlumat verilib.
Günəş Fərəh
Den.az