Kanalizasiya suları üstü açıq formada küçə ilə dayanmadan axır. Yollar, küçələr keçilməz hala düşüb.
"Den.az" xəbər verir ki, Sumqayıt şəhər Corat bağları yaşayış massivinin sakinləri yaşadıqları ərazidə kanalizasiya sularının yaratdığı fəsadlardan şikayətçidir.
Onların sözlərinə görə, üfunət iyi sanki baş çartladır. Müxtəlif xəstəliklərin tüğyan etdiyi makana elə ki, yağış yağdı küçədən ümumiyyətlə keçmək mümkün deyil. Hava küləkli olanda isə evlərin pencərələrini bu üfunət iyinə görə açıq qoya bilmirlər. Kanalizaisya suları illərdir küçə ilə sel kimi axır. Heç maraqlananda yoxdur. Bir neçə dəfə öz daxili imkanları hesabına düzətsələrdə , ancaq son vaxtlar problem dahada böyüyüb. Aidiyyatı qurumlara müraciət etsələrdə heç faydası yoxdur.
Sözü gedən ünvan “Bağlar Sukanal” idarəsinin xidməti ərazisinə daxildi.
Adı çəkilən qurumdan bildirilib ki, vətəndaşların şikayəti əsasında əraziyə baxış keçirilib. Fərdi yaşayış sahəsinin yerləşdiyi ərazidə “Azərsu” ASC-nin balans mənsubiyyətinə aid kanalizasiya şəbəkəsi hazırda mövcud deyil. İstismar olunan kanalizasiya şəbəkəsi əhali tərəfindən kustar üsulu ilə pərakəndə şəkildə inşa edilib. Əvvəllər qeyd olunan boru xətti ilə nəql edilən çirkab suları ərazi yaxınlıqda yerləşən gölməçəyə axıdılırdı. Sonradan boru “Azərsu” ASC tərəfindən inşa edilən magistral kollektora birləşdirildi və çirkab suları kollektor vasitəsi ilə təmizləyici qurğuya daxil edilib. Borunun vətəndaşlar tərəfindən fərdi qaydada inşa edilməsinə baxmayaraq ərazidə yaşayan əhalinin şifahi və yazılı şikayətləri əsasında qeyd edilən kanalizasiya şəbəkəsində baş verən qəzalar aradan qaldırılır və mütamadi olaraq təmizlənir, texniki qulluq göstərilir. Ancaq buna baxmayaraq “Bağlar Sukanal” idarəsi tərəfindən bu barədə “Azərsu” ASC - yə bir neçə ay bundan qabaq məlumat verilib və şəbəkənin yenidən qurulması eləcədə təmir edilməsi idarənin yaxın gələcəkdə görüləcək işlərin Tədbirlər planına salınıb.
Sumqayıt şəhər Corat bağları yaşayış massivində kanalizasiya suları küçə ilə axır -VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.