Astaranın Kijəbə kəndi ərazisində avtomobil 1986-cı il təvəllüdlü, Astara rayonunun Ərçivan qəsəbə sakini Rəhim Rza oğlu Fərruxovu və onun 2022-ci il təvəllüdlü azyaşlı oğlu Z.F-ni vurub.
Den.az xəbər verir ki, yaralılar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə çatdırılıblar.
Azyaşlının vəziyyəti ağır qiymətləndirilir və o, reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin ilkin diaqnozuna əsasən, uşağa qapalı kəllə-beyin travması, koma və başın açıq yarası diaqnozu qoyulub. Atanın isə burun nahiyəsində kəsilmiş yara müəyyən edilib.
Hazırda azyaşlının vəziyyəti kritik olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.