Qubada rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Den.az" - ın Şimal bürosunun məlumatına görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 2 nəfərin öldüyü, 2 nəfərin isə, ağır yaralandığı bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda faktla bağlı araşdırma aparılır.
Nüşabə Baxşıyeva