Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Den.az” ın Şimal bürosu məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində iki qadın dünyasını dəyişib.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub, fakt araşdırılır.