Kəlbəcərdə qaz borusu partlayıb.
Denmedia.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Hadisə nəticəsində Yevlax rayon sakini 2001-ci il təvəllüdlü E. Ələkbərov, Gəncə şəhər sakini 1983-cü il təvəllüdlü N. Şükürov, Bakı şəhər sakini 1977-ci il təvəllüdlü K. Əzimov və Samux rayon sakini 1991-ci il təvəllüdlü M. Sadıqzadə yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Məlumata görə xəsarət alanlar ustadırlar və onlar Kəlbəcərdə yeni tikilən binalara qaz çəkən zaman partlayış olub.
Faktla bağlı araşdırma aparılır. APA