Bakıdan Qazaxa hərəkət edən "Mercedes-Benz Sprinter” markalı sərnişin mikroavtobusu Şəmkirdə KAMAZ markalı yük avtomobilinin qoşqusuna arxadan çırpılıb.
Denmedia.az xəbər verir ki, qəza nəticəsində 7 nəfər - Bakı sakini 1977-ci il təvəllüdlü Aydın Pənahov, Ağstafa sakinləri 1992-ci təvəllüdlü Şadət Bayramov, 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva, 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva, 2008-ci il təvəllüdlü Kənan Məmmədov, 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova, 1966-cı il təvəllüdlü Arif Bağırov həyatını itirib.
Ağstafa rayon sakinləri - 1995-ci il təvəllüdlü M.Qəribov, 2004-cü il təvəllüdlü N.Qəribova, 1969-cu il təvəllüdlü K.Məmmədov, Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Ş.Pənahova, Gürcüstan vətəndaşı 1970-ci il təvəllüdlü B.Gözəlova xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub, müvafiq araşdırmalar davam etdirilir.
08:57
Şəmkirdə 7 nəfərin öldüyü ağır yol qəzasında xəsarət alanların adları məlum olub. Yaralananlar arasında Ağstafa və Bakı sakinləri, həmçinin bir Gürcüstan vətəndaşı da var:
- M.Qəribov – 1995-ci il təvəllüdlü, Ağstafa rayon sakini
- N.Qəribova – 2004-cü il təvəllüdlü, Ağstafa rayon sakini
- K.Məmmədov – 1969-cu il təvəllüdlü, Ağstafa rayon sakini
- Ş.Pənahova – 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini
- B.Gözəlova – 1970-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı
Yaralılardan K.Məmmədovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər xəstəxanasına aparılıb.
Qeyd edək ki, ölənlərin də bir neçəsinin Ağstafa rayon sakinləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.