Xəbər verdiyimiz kimi , Abşeronda fəhlənin ölümü ilə nəticələnən ağır bədbəxt hadisə baş verib.
DenMedia.az hadisə Saray qəsəbə ərzidində olan yeni qəbiristanlıqda qeydə alınıb.
Məlumata görə, qəbiristanlıq ərazisində çalışan fəhlə ehtiyatsızlıq nəticəsində elektrik cərəyanı vurması səbəbindən həyatını itirib. Belə ki, orada işləyən Bakı şəhər sakini, 47 yaşlı Ramin Mehdiyev qəbiristanlıqda yerüstü abadlıq işləri görərkən elektrik naqillərinə toxunub. Nəticədə onu güclü elektrik cərəyanı vurub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da, Ramin Mehdiyevin həyatını xilas etmək mümkün olmayıb. O, hadisə yerində dünyasını dəyişib.
Hadisənin ilkin versiyasına görə, ölüm ehtiyatsız davranış nəticəsində baş verib. Qəbiristanlıq ərazisində iş görülən zaman elektrik naqillərinin təhlükəsizlik məsafəsi nəzərə alınmayıb. Həmin ərazidə elektrik xətləri açıq vəziyyətdə olub və əvvəl də təhlükə yaratdığı barədə məsul şəxslərə xəbərdarlıq edilib.
Hazırda hadisə ilə bağlı ekspertiza təyin edilib.Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Ellada Rəsul
DenMedia.az