Mingəçevirdə bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.
Den.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Samux küçəsində, Rezin zavodu ərazisində baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Nəbiyev Samir Səlman oğlu zavodda söküntü işləri apardığı zaman elektrik cərəyanı onu vurub.
O, hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırmalara başlanılıb.