Sumqayıt şəhərində dəm qazı təhlükəsi yenidən gündəmdədir.
Denmedia.az-ın qaynar xətrinə daxil olan məlumata görə, 18-ci mikrorayon sakini, 1978-ci il təvəllüdlü Abdulzadə Vəfadar Tapdıq oğlu yaşadığı mənzilin hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.
Məlumata görə, hadisə gecə saatlarında baş verib. Vəfadarın hamamdan gec çıxdığını görən yaxınları sonra acı mənzərə ilə üzləşiblər. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası kişinin artıq dünyasını dəyişdiyini təsdiqləyib.
İlkin ehtimallara əsasən, hamam otağında istifadə olunan qaz avadanlığında nasazlıq olub və nəticədə karbon monoksid (dəm qazı) toplanaraq faciəyə səbəb olub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
*****
Daha bir dəm qazından zəhərlənmə hadisəsi şəhərin 36-cı məhəlləsində baş verib.
Denmedia.az-a daxil olan məlumata əsasən 2009-cu il təvəllüdlü M. Yağmur Asif qızı dəm qazından zəhərlənib. Hazırla qızın vəziyyəti orta ağırdır və uşaq xəstəxanasındadır.
Nizami Rəsulov
Denmedia.az

