Sumqayıt şəhərində dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.
Denmedia.az xəbər verir ki, hadisə şəhərin 16-cı məhəllə ərazisində yerləşən yaşayış evlərindən birində baş verib.
2010-cu il təvəllüdlü Kərimli Hüseyn Emin oğlu və 2013-cü il təvəllüdlü Kərimli Aliyə Emin qızı hamam otağında dəm qazından zəhərləniblər.
Zəhərlənən bacı və qardaş dərhal tibbi yardım briqadası tərəfindən Sumqayıt Uşaq Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti həkimlər tərəfindən nəzarətdə saxlanılır.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Ellada Rəsul
Denmedia.az

