Türkiyənin məşhur kurortu Bodrumun sahilində köpək balıqları görünərək turistləri qorxudub.
Denmedia.az xəbər verir ki, bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.
Yırtıcıların peyda olması ilə əlaqədar xilasedicilərin təcili olaraq istirahətçiləri dənizdən çıxardığı dəqiqləşdirilir. Hadisənin şahidi olan ruslar jurnalistlərə bildiriblər ki, köpək balıqları pilotsuz uçan aparat vasitəsilə aşkar edilib.
Turistlər yırtıcılar üzərək uzaqlaşana qədər sahildə gözləyiblər, sonra yenidən dənizə giriblər.