Türkiyənin Antalya əyalətinin sahillərində qanunsuz miqrantları daşıyan qayıq batıb.
Bu barədə yerli hakimiyyət orqanları Facebook səhifəsində məlumat yayıb.
Hadisə nəticəsində ən azı 14 nəfər həyatını itirib.
Məlumata görə, içərisində Əfqanıstan vətəndaşlarının, o cümlədən qadın və uşaqların olduğu qayıq səhər saatlarında Demre rayonunun sahilləri yaxınlığında sahil xidmətləri tərəfindən aşkar edilib.
Vilayət administrasiyasının bildirdiyinə görə, patrul əməkdaşları qayığı saxlamaq istəyərkən, qayıqda olan şəxslər qaçmağa cəhd edib. Kəskin manevr zamanı qayıq sahil mühafizəsinin katerinə çırpılıb və nəticədə miqrantların bir hissəsi suya düşüb.
Sağ qalan şəxslər sahilə çıxarılıb, bəzilərinə tibbi yardım göstərilib. Xilasedicilər yeddi nəfəri sudan çıxara bilib, əlavə olaraq 14 miqrant saxlanılıb.

