Şənbə günü, 27 sentyabrda, Böyük Britaniyaya bir qayığın içində 125 qeyri-qanuni miqrant daxil olub. Bu, avqust ayında bir qayığın içində gələn 106 miqrantla qeydə alınmış əvvəlki rekordu geridə qoyub.
Denmedia.az xəbər verir ki, bu barədə “ITV” telekanalı məlumat yayıb.
“Miqrantlarla dolu kiçik bir qayıq şənbə günü La-Manş boğazını keçərək 125 nəfərlə Britaniyaya çatdı — bu, bir qayıq üçün yeni rekorddur,” — deyə xəbərdə qeyd edilir.
Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud hadisəni sərt şəkildə tənqid edib:
“Bu cür qanunsuz keçidlər tamamilə qəbuledilməzdir. Bu halların arxasında duran insan alverçiləri ölkənin sərhədlərində xaos yaradır.”

