Moskvada qadın və onun doberman iti buzun altına düşüb. Hadisə 30 mart tarixində Lyublinski gölündə baş verib.
Şahidlərin məlumatına görə, qadın və it buzun üzərində olarkən suya düşüb, bundan sonra hadisə yerinə təcili xidmətlər çağırılıb.
Xilasedicilər zərərçəkənləri sahildən təxminən 15 metr məsafədə aşkarlayıb və hava yastıqlı xüsusi qayıq vasitəsilə sudan çıxarıb.
Qadına yerində ilkin tibbi yardım göstərilib və isinməsi təmin olunub. O, xəstəxanaya yerləşdirilməkdən imtina edərək yaxınları ilə birlikdə evə gedib.
Məlumata görə, qadın buzun üzərinə qaçaraq düşən itini xilas etməyə çalışarkən özü də suya düşüb.

