Hindistanın şimalında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Yerli polisin məlumatına görə, sərnişin avtobusu yoldan çıxaraq dağ dərəsinə aşıb.
Faciə Cammu və Kəşmir bölgəsinin Udhampur rayonunda qeydə alınıb. İlkin məlumata əsasən, qəza nəticəsində 29 nəfər həyatını itirib, daha 36 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisənin səbəbi hələ dəqiq müəyyən olunmayıb. Ehtimallara görə, qəzaya çətin yol şəraiti və ya texniki nasazlıq səbəb ola bilər.
Hazırda ərazidə xilasetmə işləri davam edir, yaralılar isə yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb.

