Quba rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə avqustun 27-də saat 11 radələrində rayonun Dağlı kəndində qeydə alınıb.
46 yaşlı Vahid Stalov fərdi yaşayış evində təmir işləri apararkən hündürlükdən yerə yıxılıb.
O, aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

