Bakı şəhərinin Xətai rayonunda tragik hadisə baş verib.
DenMedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən saat 14:00 radələrində qeydə alınıb.
A. Abbasova (2009 təvəllüdlü) yaşadığı Xudu Məmmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindən yıxılıb.
Aldığı xəsarətlər nəticəsində qız hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

