Sumqayıtda 45 yaşlı kişi sirkə turşusundan zəhərlənərək həyatını itirib.
Denmedia.az xəbər verir ki, hadisə Xəzər bağları ərazisində qeydə alınıb.
Belə ki, 45 yaşlı Samir Vaqif oğlu İsrafilov yaşadığı evdə sirkə turşusundan zəhərlənib.
O, xəstəxanaya yerləşdirilsə də, orada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

