Arıqlamaq üçün sirkə turşusu içən 34 yaşlı Sumqayıt şəhər sakini zəhərlənərək ölüb
Sumqayıt şəhər İnşaatçılar qəsəbəsində yaşayan 34 yaşlı Yusif Əlixanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, o, arıqlamaq məqsədilə sirkə turşusu qəbul etdikdən sonra halı pisləşib. Yusif Əlixanov əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Sumqayıt Tibb Mərkəzindən DenazTv-yə bildirilib ki, onun vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən Kliniki Toksikologiya Mərkəzinin reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səylərinə baxmayaraq, Yusif Əlixanov reanimasiya şöbəsində həyatını itirib. Qonşuları bildirir ki, Yusif Rusiyadan yenicə qayıdıbmış.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.