Azərbaycanda iki nəfər sirkə turşusundan zəhərlənərək həyatını itirib.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, 40 yaşlı Vüsalə Namət qızı İmanova Ucar şəhərində, 42 yaşlı Ruslan Qurbanov isə Ağsu rayonunun Muradlı kəndində sirkə turşusundan zəhərləniblər.
Onlar xəstəxanaya çatdırılsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.
Faktlarla bağlı araşdırma aparılır.

