Beyləqanda 13 yaşlı qız sirkə turşusundan zəhərlənib.
Denmedia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, G.Quluzadə səhvən sirkə turşusu içib. Ailə üzvləri dərhal onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, hadisə bu gün saat 08:00 radələrində baş verib.Zəhərlənmə şübhəsi ilə 1 nəfər azyaşlı (qadın) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
2012-ci il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş yeyici maddələrin toksik təsiri diaqnozu təyin olunub.
Pasiyent ixtisaslı tibbi yardımın göstərilməsi üçün Bakıda Respublika Toksikologiya Mərkəzinə təxliyə olunub.