Dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 123 nəfər qəbul edilib.
KTM-in mətbuat xidmətindən Den.az-a verilən xəbərə görə, onlardan 54-ü kişi, 49-u qadın, 20-si isə uşaq olub. Qəbul olunan xəstələrdən 52-si dərmandan, 33-ü sirkə turşusundan, 9-u etanoldan, 1 nəfər göbələkdən, 19-u dəm qazından zəhərlənib. 2 nəfər allergik reaksiya, 6 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3 nəfər dünyasını dəyişib. Hər 3 ölüm faktı sirkə turşusundan zəhərlənmə səbəbilə qeydə alınıb.
Azərbaycanda 123 nəfər zəhərlənib - 3-ü ölüb

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.