Ağdaşda bədbəxt hadisə baş verib.
Denmedia.az xəbər verir ki, hadisə Qəbələ–Bakı dəmir yolu xəttinin rayonun Kotanarx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, kənd sakini, 31 yaşlı Bədəl Kərimli axşam saatlarında dəmir yolu xəttini keçərkən onu sürət qatarı vurub.
Ağır xəsarətlər alan 31 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Mərhumun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Mərumun xalası oğlunun sözlərinə görə o, eyvanlarının dalıyca gedib. Otlaq sahələri oradadır. Gedib ki, heyvanlarını gətirsin. Orada da naməlum səbəbdən hadisə baş verib. Özümüz də şokundayıq. Biz bunu bilmirik, necə olub, hansı şəraitdə baş verib.Axşam saatlarında, hava qaralanda olub. Heyvanların arxasınca gedib, dəmir yolundan keçib, hadisə baş verib.44 günlük müharibə iştirakçısıdır. Medalları var. Fəxrimiz olub həmişə. Səsi yaxşı gəlib. Evli deyildi, subay idi. Tək uşaqdı, evin tək uşağıdı, bacı-qardaşı yoxdur.Hazırlaşırdıq xeyir işini eləməyə, gəldi bu iş düşdü ortaya. Özümüz də bunun şokundayıq.-deyə qohumu əlavə edib.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

