Xəbər verdiyimiz kimi, Abşeron dairəvi marşrutunun Pirşağı-Sumqayıt hissəsində sürət qatarı piyadanı vuraraq öldürüb.
Hadisə şahidləri Denmedia.az-a bildiriblər ki, piyada vurulan ərazidə dəmir yolu xətti üzərində yerüstü piyada keçidi var. Şəxs isə keçiddən yox,məhz dəmir yolu xəttinin üzərindən keçməyə şalışıb. Bu zaman bədbəxt hadisə qaçılmaz olub.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyitə baxış zamanı qatarın yaşlı kişinin iki yerə böldüyü məlum olub. Meyit tanınmaz halda olduğundan şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb.
Dəmir yolları QSC-dən XəzərXəbərə bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub:
"Əməkdaşlar tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb. Hadisə ilə əlaqədar qatarın hərəkətində yubanma qeydə alınıb.
Meyit müayinə üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Nizami Rəsulov
Denmedia.az

