Bakıdan Sumqayıta hərəkət edən sürət qatarı Novxanı ərazisindən keçən hissədə piyadanı vurub.
Denmedia.az xəbər verir ki, hadisə nəticəsində təqrubən 50 yaşlı kişi qatarın altında qalaraq ölüb.
Hadisədən dərhal sonra qatarın hərəkəti dayandırılıb. Hazırda sərnişinlərlə dolu olan sürət qatarı hadisə yerində gözləyir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən məsələ ilə bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
Əlavə məlumat veriləcək.
Nizami Rəsulov
Denmedia.az

