Abşeron rayonunda ölümlə nəticələnən ağır hadisə baş verib.
Denmedia.az xəbər verir ki, hadisə səhər saatlarında Xırdalan şəhərində dəmir yolu xətti üzərində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan sürət qatarı relslərin üzərində olan qadını vurub.
Şahidlərin sözlərinə görə, maşinist qadını vaxtında görmədiyindən toqquşmanın qarşısını almaq mümkün olmayıb. Nəticədə qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit aidiyyəti üzrə təhvil verilib və qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Ellada Rəsul
Denmedia.az

