Xəbər verdiyimiz kimi, Abşeronda bir ölümü ilə nəticələnə faciə baş verib.
Denmedia.az xəbər verir ki, dəmir yolu üzərindən qaçaraq keçmək istəyən qadını Sürət qatarı vurub.
İlkin məlumata görə, hərəkətdə olan sürət qatarı relslərin üzərində olan qadını vurub. Şahidlərin sözlərinə görə, maşinist qadını vaxtında görmədiyindən toqquşmanın qarşısını almaq mümkün olmayıb. Nəticədə qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit aidiyyəti üzrə təhvil verilib . Dünyasını dəyişən qadının Qurbanova Könül Elyar qızı olduğu müəyyən edilib. Sakinlərin sözlərinə görə, həmin ərazidə baş verən ilk belə hadisə deyil.
Faktla bağlı araşdırma aparılır.
Nizami Rəsulov

