Zaqatalalı gənc Xocavənd rayonunda faciəli şəkildə həyatını itirib.
Denmedia.az xəbər verir ki, Zaqatala rayonunun Bəhmətli kənd sakini, 2002-ci il təvəllüdlü Elgün Aydın oğlu Şamxalovun meyiti Xocavənd rayonu ərazisində elektrik transformatorunun yaxınlığında tapılıb.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, işləmək üçün Xocavənd rayonuna gedən E. Şamxalovu transformatora müdaxilə edən zaman elektrik cərəyanı vurub. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

