Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı qadının qətlə yetirilməsi ilə nəticələnən ağır cinayət hadisəsi baş verib.
Denmedia.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Şəhana İmanova yaşadığı evdə həyatını itirib.
İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı, 33 yaşlı Əsgər Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
İddialara əsasən, cinayətə qısqanclıq və qadının boşanmaq məqsədilə məhkəməyə müraciət etməsi səbəb olub. Bildirilir ki, ər aralarında yaranan mübahisə zamanı həyat yoldaşına qarşı bıçaq tətbiq edib.
Ən ağır məqam isə hadisənin mərhumun xalası uşaqların gözü qarşısında baş verməsidir. Məlumata görə, qadının xalası uşaqları da həmin vaxt evdə olub və dəhşətli hadisənin şahidi olublar.
Qətlə yetirilən qadının bir azyaşlı oğlunun olduğu bildirilir.
Əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qeyd edək ki,hadisənin motivi və cinayətin digər detalları aparılan istintaqın nəticəsində dəqiqləşdiriləcək.
Nizami Rəsulov
Denmedia.az

