Lənkəranda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Qətlə yetirilən Əfsanə Lələzadənin dayısının Denmedia.az-a verdiyi məlumata görə , qadın və həyat yoldaşı Nicat Lələzadə 5 ilə yaxındır ayrı yaşayıblar.
Qeyd edilib ki, Əfsanə Lələzadə boşanmaq istəsə də, Nicat Lələzadə buna etiraz edib. "Bu gün Nicat səhər saatlarında Əfsanənin evdən çıxmasını gözləyib. Əfsanə dükanın qabağına gələndə ona yaxınlaşıb, aralarında yaranan mübahisə zəminində özü ilə gətirdiyi bıçaqla ona bir neçə zərbə endirib. Əfsanə xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb".
Əfsanə Lələzadəni qətlə yetirməkdə şübhəli bilinən 32 yaşlı Nicat Lələzadə isə polisə gedərək təslim olub.