Sumqayıt şəhərində dəhşətli cinayətin təfərrüatı məlum olub.
Denmedia.az-ın məlumatına görə, 32 yaşlı Urfan Baxışov öz qonşusu tərəfindən amansızlıqla qətlə yetirilib.
Hadisə şəhərin Kimyaçılar əsəbəsi Hafis Baxış küçəsində qeydə alınıb.
Mərhumun yaxınlarının verdiyi məlumata görə, hadisəni törədən şəxs, qonşudur. O, içkili vəziyyətdə Urfan Baxışovun yaşadığı evə gəlib. Aralarında mübahisə düşüb və nəticədə qanlı hadisə baş verib.
Hadisəni törədən şəxsin qonşusu baş verən hadisənin təfərrüatını danışıb. Məlumata görə, tərəflərin hər ikisi içkili olub. Mərhum Urfan baxışıov məhz öz qonşusunu döydüyü üçün qətlə yetirilib.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

