Xəbər verdiyimiz kimi, Abşeronda dəhşətli qətl hadisəsi baş verib.
DenMedia.az xəbər verir ki, 51 yaşlı qadın qaynı tərəfindən torpaq üstündə qətlə yetirildiyi iddia olunur. Hadisədən dərhal sonra polis qətli törətməkdə şübhəli bilinən şəxsi saxlayaraq istintaqa cəlb edib.
Abşeron rayonunun Saray qəsəbəsində ailəni sarsıdan qətl hadisəsi qeydə alınıb.
51 yaşlı Əminə Payızovanın həyat yoldaşının qardaşı tərəfindən amansızcasına qətlə yetirildiyi bildirilir. Hadisə yerinə Polis və Prokurorluq orqanlarının əməkdaşları cəlb olunub. Məlumata əsasən, cinayətə səbəb ailədaxili narazılıq və torpaq üstündə yaranmış mübahisə olub.
Aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 58 yaşlı Pərviz Məlikov saxlanılıb və istintaqa təhvil verilib. Mərhumun yaxınlarının verdiyi məlumata görə, ailə daxili mübahisə uzun müddət imiş davam edirmiş. Əminə Payızovanın həyat yoldaşı təcili yardımda çalışır, övladları isə xaricdə yaşayır.
Faktla bağlı cinayət işi açılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hadisənin dəqiq motivləri və digər təfərrüatları araşdırmalardan sonra açıqlanacaq.
Daha ətraflı: