Abşeron rayonunun Saray qəsəbəsində ağır ailə münaqişəsi baş verib.
Hadisə barədə DenMedia.az-a şahidlər məlumat veriblər.
Məlumata görə, 1981-ci il təvəllüdlü Cavadova Vüsalə Qurban qızı bıçaqlanıb. Hadisə barədə məlumat daxil olan kimi polis əməkdaşları əraziyə cəlb olunub.
Aparılan ilkin araşdırma zamanı qadının öz oğlu tərəfindən bıçaqlandığı müəyyən edilib. Qadına 11 bıçaq zərbəsi vurulub. Yaralı qadın təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb və həkimlər tərəfindən əməliyyata alınıb. Onun vəziyyətinin ciddi olduğu bildirilir.
Qeyd edək ki, daxil olan məlumat əsasında Polis əməkdaşları tərəfindən aparılan operativ tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qadının oğlu 2001-ci il təvəllüdlü B. Cavadov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. Hadisənin səbəbləri və təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən müəyyən ediləcək.

