Braziliyalı jurnalist və televiziya aparıcısı Luis Antonio Mello aprelin 30-da vəfat edib.
Den.az xarici mediaya istinadla bildirir ki, Mello pankreatitdən müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Mənbənin sözlərinə görə, ölüm maqnit-rezonans tomoqrafiya (MRT) zamanı ürəyin dayanması səbəbindən baş verib.
Luis Antonio Mello televiziya və radio aparıcısı, musiqi prodüseri, yazıçı və publisistdir. Əsərlərinə “Jurnalistlərin Cəngəllikdə sağ qalma bələdçisi” kitabı daxildir.
Mello karyerası 1970-ci illərdə radioda başlayıb və burada o, alternativ roku təbliğ edən ilk Braziliya stansiyası olan Radio Federal-də DJ olaraq çalışıb.Lent.az