ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın oğlu Maykl Reyqan 80 yaşında vəfat edib.
Bu barədə onun ailəsi məlumat verib. Xəbəri ABC News yayıb.
“O, bazar günü Los-Ancelesdə ailəsinin əhatəsində dünyasını dəyişib”, – deyə telekanal bildirib.
Keçmiş prezidentin beş övladından biri olan Maykl Reyqan mühafizəkar siyasi şərhçi və radio proqramının aparıcısı kimi tanınırdı.

